Sergey Şoyqunun qızından şübhəli PAYLAŞIM: "Düz bir il əvvəl..."
Tarix: 19.04.2022 / 15:32 •
Oxundu: 147 dəfə •
Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qızı müzakirələrə səbəb olan paylaşım edib.
Nazirin sosial media üzərindən mesaj paylaşan qızı Knesiya atası ilə bağlı müəmmalı məqamları bir az da qəlizləşdirib.
Belə ki, "Telegram" vasitəsilə "Mənim fəxrim, rəhbər ulduzum, atam... Sənin qızın olmaqdan qürur duyuram", sözlərini paylaşan 31 yaşlı Kseniya Şoyqu ilə bağlı ağıllarda sual işarəsi yaradıb.
Digər tərəfdən, Kseniyanın mesajının atasının dövlət qulluğunda işləməsinin 31-ci ili şərəfinə yazıldığı açıqlanıb. Mesaj bu cür davam edib: "31 il hökumətdə! Düz bir il əvvəl onun xidmətlərindən bəhs edən film çəkdik. Onun o filmə belə sığmayan maraqlı hekayələrlə dolu bir həyatı var idi...".
Onun bu sözləri təbrik mesajı kimi görünsə də, növbəti dəfə müdafiə nazirindən şübhələr yaranmağa başlayıb.
Xatırladaq ki, Sergey Şoyqu sonuncu dəfə mərhum rusiyalı siyasətçi və Putinin yaxın dostu Jirinovskinin dəfn mərasimində görülüb. Həmin günlə bağlı nazirin çətinliklə yeridiyi istiqamətində şərhlər olub.
Qeyd edək ki, martın sonlarında qəfil yoxa çıxan Şoyqunun xəstə olması və ya Putin tərəfindən işdən çıxarılması istiqamətdə fikirlər yayılıb. Nazirin son video görüntülərinin saxta olduğu bir neçə dəfə iddia edilib, daha sonra o, canlı yayıma çıxmaqla əslində sağ olduğunu sübut edib. Sonrakı iddialar Sergey Şoyqunun çox ciddi infarkt keçirdiyi barədə olub. 66 yaşlı nazirin Rusiya lideri Putinin göstərişi ilə zəhərləndiyini deyənlər də çıxıb. Digər iddiaya görə isə, Putin ən etibar etdiyi nazirinə Ural dağlarında gizlənməyi əmr edib.