Ermənilər Şuşa haqda filmi təqdim etdi: yalan genişlənir
Tarix: 31.05.2022 / 07:05 •
Oxundu: 67 dəfə •
Ermənilər Şuşanın tarixini təhrif edən növbəti film çəkiblər.
Məryəm Yeqoryanın “Şuşa. Amin” filmi İrəvandakı Kino Evində təqdim edilib.
Bu, “Ermənilərin şərq hüdudları: artsax” seriyasından 6-cı film sayılır. Film seriyalarını Ruben Qriqoryan çəkib, onun ölümündən sonra isə Yeqoryan davam etdirib.
Filmdəki kadrlar 44 günlük savaşdan öncə lentə alınıb. Ermənilər bu filmdə də Şuşa və ümumilikdə Qarabağ tarixini saxtalaşdırıb, özününküləşdirməyə çalışıblar, erməni “arxitekturası”, guya orta əsrlərə aid erməni “tarixi tikililəri”ndən danışıblar.
Erməni yalanını həyasızcasına davam etdirən “filmdə” guya Şuşanı sovet hakimiyyətinin Azərbaycana verdiyi haqda cəfəngiyyatı da səsləndirilib.
Şuşada heç vaxt ermənilərin yaşamadığı, ermənilərin Qarabağa köçürülməsinin 150-ci ildönümü ilə bağlı ermənilərin özünün 1978-ci ildə Qarabağda abidə ucaltdıqlarını “unudan” ermənilər torpaq iddialarını, işğal niyyətlərini bütün dünyaya yaymağı dayandırmırlar. Bu filmi də dünyada təbliğ etmək üçün artıq planlar cızılıb.
Təqdimatda növbəti filmin Xudavəng monastrından bəhs edəcəyi də qeyd edilib. Ermənilər bu qədim alban məbədinə də iddia edirlər.