HƏR GÜN QUBADLININ İŞĞAL GÜNÜDÜR !
Tarix: 30.08.2020 / 17:51 •
Oxundu: 155 dəfə •
28 Yıldır ki,yaşada bilmədiyimiz VƏTƏNİMİZİN baş daşıyıq !
28 Yıldır ki,sabahlarımızı Qubadlısız,ümidsiz,qürursuz açırıq !
28 Yıldır ki,yalançılığın dövlət sirlərini eşitməyə məhkumuq !
28 Yıldır ki,Qubadlını Parlamentdə təmsil edən Millət Vəkili yoxdur !
28 Yıldır ki,Topraq həsrətilə yaşayan,tək arzu-istəkləri Vətənində dəfn edilmək olan Ata-Anaları sevmədikləri,istəmədikləri topraqda məzara tapşırırıq !
28 Yıldır ki, atəşkəsi pozan düşmənin güllələrini, məə-mırr-ların səltənətlərini saymaqla məşğuluq !
28 Yıldır ki,Topraklarımızın azadlığını tələb edərkən,Özümüzü girov etdilər,İnsan və Vətəndaş hüquq və əsas azadlıqlarımız işğal altına salındı !
28 Yıldır ki, keçmişin qəhrəmanların hekayəsinə sığınıb,bu günün məsuliyyətindən kənarda saxlanıldıq !
28 Yıldır ki,utanmadan-usanmadan ŞƏHİDLƏRİMİZİ belə aldatdılar !
28 Yıldır ki,Qubadlının Bərgüşad-Həkəri-Çay Tumas adları rüşvətxor alçalaraq "yüksələn" məə-mırrlarınn şəxsi obyektləri kimi, amoralizmə xidmət etdiyi halda,ermənilər real olaraq məhz Qubadlının özündə,həmin kəndlər və çaylar qoynunda qlobal korporasiyalar,zavod,fabrik, turizmin real inkişafına nail olub,dünyada yaşayan erməni kökənli soydaşlarlnın köçurülməsilə məşğuldur !
28 Yıldır ki,ermənizm işğal etdikləri Topraklarımızın dünya çapında leqallaşdırılması əzmilə böyük nailiyyətlər əldə etdikləri halda,Azərbaycan məə-mırrlarıda toprak alverilə məşğul olub,
Bakını-Sumqayıtı Xəzər boyu zəbt edib,əxlaqsızlıqdan pul qazanırlar.
Gəncliyin siyasi-milli kimliyini qəsdən və bilərəkdən məhv edirlər !
28 Yıldır ki, dövlət tərəfindən heç bir maddi dəstək olmadan ermənizmin media siyasəti dünya çapında etibarlı mənbə rolu oynamaqdadır və böyük hesabla istəklərinə nail olmuşda.
100 milyonluq dövlət vəsaiti xərclənmiş "milli mediamızın" səsi isə ən yaxşı halda,korrupsiya idarəsindən gəlir.
Heyvan kimi basıb yeyənlər axtarılır ki, yarısında alıb həmişə yeyənlərin avxuruna töksünlər !
28 Yıldır ki,dünyada böyük rolu ola biləcək "milli media"nın əldə etdiyi uğurlar partiyasını,namusunu,əqidəsini satmış deqenerat-QıF-ra medal,ev,pul paylamaqdan başqa bir şey deyildir!
28 Yıldır ki,ermənizm işğal etdiyi Topraklarımızda Şuşa yallısı oynayır,Sarı gəlin oxuyur,Bizdədə Ramiz Mehdiyevin nəvəsinin toyu üzərində Ombudsmanın akademik rəqsi,sarı gəlinlərin axtarışı üzərində işlər aparılır!
28 Yıldır ki,Milli yetimlər ermənizmin atalığı altında böyüdülüb,səngərdən onu xilas edə bilməyən ata baba yurduna qarşı əsgərlik keçir!
28 Yıldlr ki,ermənizm girov götürdüyü Qadınları hamilə-hamilə özlərinə qəbir qazdırıb basdırıldığı halda,Azərbaycanda erməniyanlı,ermənikökənli, erməninənəlilər vəzifə başında otuzdurulub, eyni qisaslarını 190 manata möhtac qalmış hüquqsuz Xalqdan almaqdadırlar !
28 yıldır ki,ermənizm girov götürüb məhbus etdiyi Azərbaycanlılaı cismən məhv etdikləri halda,Azərbaycandakı erməni "məhkumlar"-Vladik Barabanyan 8 saylı C.Ç.M-də kitabxana müdri,Arsen Baqdasariyan 15 saylı C.Ç.M-də rəssam..., olaraq kef çəkirlər...
Sözlər bu kimi real faktları ifadə etməkdə aciz və miskindir.
Öz Vətənində Vətənsiz,Topraq üzərində qürursuz yaşamaqdansa,toprağın altında şərəflə yaşamaq daha şərəflidir !