Bu gün:


Rusiya quru sərhədlərini açır

Tarix: 04.07.2022 / 12:38  •   Oxundu: 68 dəfə  •  

Rusiya Federasiyası iyulun 15-dən etibarən quru sərhədlərini açacaq və COVID-19-un yayılması ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər ləğv ediləcək.
İDEALMedia.az  xəbər verir ki, bu barədə Koronavirusun Yayılmasına qarşı Mübarizə üzrə Operativ Qərargah məlumat yayıb.
İyulun 14-dən etibarən isə xarici ölkə vətəndaşlarının Rusiya ərazisinə hava və dəniz keçid məntəqələri vasitəsilə girişinə qoyulan məhdudiyyətlər tamamilə aradan qaldırılacaq.