Bu gün:


Yeni Zelandiya Rusiya qızılının idxalını qadağan edəcək

Tarix: 05.07.2022 / 11:20  •   Oxundu: 71 dəfə  •  

Rusiyanın Ukraynaya təcavüzü səbəbindən Yeni Zelandiya iyulun 25-dən etibarən Rusiya qızılının ölkəyə idxalına qadağa qoyacaq.
İDEALMedia.az  xəbər verir ki, bu barədə Yeni Zelandiyanın xarici işlər naziri Nanaya Mahuta KİV-ə  danışıb. 
Mahuta, qərarın Yeni Zelandiyanın Rusiyanın qızıl aktivləri üçün təhlükəsiz sığınacaq olmamasını təmin edəcəyini söyləyib:
"Yeni Zelandiya həmçinin qanunsuz müharibəni (Ukraynaya qarşı - red.) maliyyələşdirmək üçün böyük qızıl ehtiyatlarından istifadə edərək Rusiyanın beynəlxalq sanksiyalardan yayınmasının qarşısını almaq üçün beynəlxalq səyləri dəstəkləyir".
Rusiya qızılının idxalına qadağa Kremlin öz valyutasını dəstəkləməsinin qarşısını almağa kömək edəcək.