Bu gün:


Rusiyada meşə yanğınları yaşayış məntəqələrinə keçdi

Tarix: 28.07.2022 / 19:17  •   Oxundu: 85 dəfə  •  

Yakutiyada meşə yanğınları yaşayış məskənlərinə keçib. Artıq Arılax kəndinin sakinləri təxliyə edilir.
İlkin məlumatlara görə, ölən və yaralanan yoxdur.
Qeyd edək ki, hazırda Saxa Respublikası təbii fəlakətin cəngindədir - 110 min hektar alovlara bürünüb.
Alovla mübarizəyə ümumilikdə 1044 nəfər, meşə yanğınından mühafizə xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, həmçinin yerli əhalidən könüllülər cəlb olunub.