Bu gün:


Ukrayna Rusiyanın daha bir qırıcısını vurdu

Tarix: 30.07.2022 / 14:05  •   Oxundu: 76 dəfə  •  

Ukraynanın 25-ci Əlahiddə hava-desant qüvvələri Donbas bölgəsində Rusiyanın zirehli "Su-25" qırıcısını vurub.
İDEALMedia.az xəbər verir ki, bu barədə briqadanın feysbuk səhifəsində bildirilib.
 
Məlumata görə, Ukrayna qüvvələri Rusiyanın "Su-25"ni "İqla" zenit-raket kompleksi ilə məhv ediblər.
 
Qeyd edək ki, Rusiya Ukraynadakı müharibədə artıq 222 döyüş təyyarəsi itirib.