Göyçayda 3 nəfər dağlıq ərazidə dərəyə düşdü
Tarix: 16.08.2022 / 09:17 •
Oxundu: 60 dəfə •
Göyçay rayonunda 3 nəfər dağlıq ərazidə itkin düşüb.
Axşam saatlarında Göyçay sakinləri, şəhərin Şimal istiqamətindəki dağlıq ərazidə itmiş qoyunlarını axtararkən dərəyə düşüblər.
Köməksiz vəziyyətdə qalan şəxslər FHN-in “112” qaynar xətt mərkəzinə məlumat veriblər.
Hadisə yerinə cəlb edilən xilasedicilər hazırda itkin düşən şəxslərin tapılaraq çıxarılması üçün əməliyyat tədbirləri həyata keçirir.
Əlavə məlumat veriləcək.