Bu gün:


Mayk Tayson əlil arabasında

Tarix: 19.08.2022 / 14:24  •   Oxundu: 103 dəfə  •  

Əfsanəvi boksçu Mayk Tayson əlil arabasında hərəkət edir.
İDEAL Media.az xəbər verir ki, bu barədə “Fox Sports” məlumat yayıb.

Bildirilib ki, Tayson Mayami hava limanında əlil arabasında görüntülənib. Hətta hava limanının əməkdaşı 56 yaşlı idmançıya hərəkət etməyə də kömək edib.
Taysonun arabada olmasının səbəbi siyatik tutması ola bilər. Bundan əvvəl boksçu Nyu Yorkda gəzərkən əsa ilə görüntülənib.