Bu gün:


Hikmət Hacıyev: “Fransa və ABŞ səfirlərinin Şuşaya dəvəti qəbul etməməsini hörmətsizlik sayırıq”

Tarix: 27.08.2022 / 14:24  •   Oxundu: 103 dəfə  •  

“Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri bu gün Şuşada deyillər. Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

H.Hacıyev bunun ərazi bütövlüyümüzə hörmətsizlik kimi qəbul edildiyini bildirib: “Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Çünki bu ölkələrə görə münaqişə hələ bitməyib”.
O qeyd edib ki, Fransa və ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişəyə töhfə verməyib: “Onlar 30 il bizim, Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər”.