Bu gün:


Bakıda qadın maşın qaçırdı

Tarix: 06.10.2022 / 10:30  •   Oxundu: 89 dəfə  •  

Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisindən Ş.Məmmədova məxsus “KİA” markalı avtomobili qaçırılıb.
Daxili İşlər Nazirliyindən İDEALMedia.az -a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Əliyeva Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.