Rüşdinin bir gözü görmür, bir əli işləmir
Tarix: 23.10.2022 / 18:58 •
Oxundu: 55 dəfə •
Bir neçə ay əvvəl Nyu Yorkda hücuma məruz qalan Hindistan əsilli britaniyalı yazıçı Salman Rüşdinin bir gözü görmür və bir əlini işlədə bilmir.
Bu barədə S.Rüşdinin ədəbi agenti Endryu Uayli deyib.
“Yaraları dərin idi, bir gözünün görmə qabiliyyəti itib. Boynunda üç ciddi yara var idi. Bir əli sinirlər kəsildiyi üçün işləmir. Onun hələ döş qəfəsində və bədənində 15 yara var”, - deyə Uayli bildirib.
Qeyd edək ki, Rüşdinin “Şeytan ayələri” (1988) romanı islama zidd hesab edildiyi üçün müsəlman dünyasında hiddət doğurmuşdu.