İran Azərbaycanla “körpüləri” yox, özünü “yandırdı”
Tarix: 07.11.2022 / 11:06 •
Oxundu: 113 dəfə •
Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Ermənistanı dəstəkləyən bir sıra dövlətlərin təxribatçı iddiaları ilə üzə-üzə qalıb. Bir çoxları üçün gözlənilməz olsa da, bölgədə Ermənistanın yanında olan, işğal siyasətini dəstəkləyən ölkə də var. Təəssüf ki, bu, cənub qonşumuz İrandır.
İranın Ermənistanla dostluğu, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi, ölkəmizdə İrana xidmət edən casusların yaxalanması, son olaraq isə Ermənistanın Təbrizdə konsulluq açmağa hazırlaşması xəbərləri bu ölkənin Azərbaycana qarşı məkirli mövqeyindən irəli gəlir.