Qətlə yetirilən şəxsin qardaşı: "Rəşaddan şikayətçi deyilik"
Tarix: 11.11.2022 / 10:51 •
Oxundu: 167 dəfə •
"Qardaşım dostu ilə oturmuşdu, mən isə yatırdım. Qapının səsinə ayıldım. Gəldim ki, oğlan tək oturub. Dedi ki, Rəşad gəldi, isgəndər durdu getdi. Zəng vurdum, cavab vermədi. Rəşadı uşaqlıqdan tanıyıram, düşündüm ki, qayıdıb gələcək".
Bu sözləri meyxanaçı Rəşad Dağlının qətlə yetirdiyi İsgəndər Mehdiyevin qardaşı İntiqam Mehdiyev deyib.
"Qardaşım narkotik qəbul edir. Satmır, satana 9 ay həbs verirlər? iki dəfə həbs edilib, birinci 3 ilə yaxın olub. Əlində sənəti yox idi, fəhləlik edirdi. Bir də pensiya alır" deyə, o, bildirib.
İ.Mehdiyev Rəşad Dağlıdan şikayətçi olmadıqlarını deyib:
"Şikayətçi deyilik".
R.Dağlının atası bildirib ki, yasın bütün xərclərini onlar çəkir.
Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.