Bu gün:


Bu problem Türkiyə olmadan həll edilə bilməz

Tarix: 06.12.2020 / 16:11  •   Oxundu: 66 dəfə  •  

Türkiyə Avropa Birliyinin (AB) geosiyasət və ticarət baxımından ən əhəmiyyətli müttəfiqlərdən biridir.
Asmedia.az xəbər verir ki, bunu Avropa Parlamentinin (AP) macarıstanlı deputatı Marton Qyönqyösi deyib.
O bildirib ki, bir neçə il əvvəl baş verən miqrant böhranı Türkiyənin AB üçün nə qədər əhəmiyyətli olduğunu göstərdi:
“Bu problem Türkiyə olmadan həll edilə bilməz. Orta Şərq və Şimali Afrikada yaranmış böhranlar da buna aiddir”.
M.Qyönqyösi qeyd edib ki, AB-Türkiyə münasibətləri daha yaxşı ola bilər:
“Münasibətləri asanlaşdıracaq və inkişaf etdirəcək sahələrə diqqət yetirməliyik. Hazırda Aralıq dənizinin şərq hissəsində baş verən proseslər münasibətləri gərginləşdirir. Problemin həlli ilə bağlı konkret addımlar atılmalıdır”.