Bu gün:


Hərbi Gürcüstan yolu yenə bağlandı: Yük maşınları gözləyir

Tarix: 06.12.2020 / 20:18  •   Oxundu: 115 dəfə  •  

Hərbi Gürcüstan yolunun Rusiya hissəsində 510 yük maşını hələ də gözləyir.
Bu barədə Rusiya Fövqəladə hallar Nazirliyinin Şimali Osetiya şöbəsi məlumat yayıb.
Məlumata görə, hazırda ərazidə güclü qar yağır. Yol digər nəqliyyat vasitələri üçün açıq olsa da, iri yük maşınlarının keçidinə qadağa qoyulub.
Qeyd edək ki, Hərbi Gürcüstan yolu dünəndən etibarən ərazidə güclü qar səbəbindən bütün növ nəqliyyat vasitələri üçün bağlanmışdı.