Bu gün:


Türkiyədə ağır yol qəzası: 39 nəfər yaralandı

Tarix: 29.11.2022 / 09:31  •   Oxundu: 69 dəfə  •  

Türkiyənin Bartın-Zonguldaq avtomobil yolunun Akçaməscid ərazisində sərnişin avtobusu dərəyə aşıb.
Bu barədə “Haber7” məlumat yayıb.
Məlumata görə, hadisə zamanı 39 nəfər xəsarət alıb. Yaralılar Bartın Dövlət Xəstəxanasına aparılıb.