Bu gün:


"Bu hiyləgər üsulla o, Ukraynaya yardım etmək qərarına gəlib..."

Tarix: 03.12.2022 / 18:02  •   Oxundu: 108 dəfə  •  

Rusiyada Alla Puqaçovanın təqibi davam edir...
"Puqaçovanın onu yetişdirən ölkəyə nifrəti bütün sərhədləri aşıb..."
 
"O, İsraildə Ukrayna nasizmini təbliğ edir, bu zaman yoxsul Fələstin uşaqları barədə susur..."
 
"Puqaçova öz unitazı və şifonyerinin pullu nümayişi ilə nasistlərə sponsorluq etmək istəyir..."
 
SSRİ xalq artisti Alla Puqaçova, guya, özünün Moskva ətrafında Qryaz qəsəbəsindəki qəsrinə ekskursiyalar elan edib". Bir biletin dəyəri 10 min rubldan (təxminən 160 dollar) çoxdur.
 
İDEAL Media.az
xəbər verir ki, bu barədə Rusiyanın əksəriyyət KİV-ləri məlumat yayıb.
 
Bu zaman vurğulanır ki, toplanan vəsait Ukrayna Silahlı Qüvvələrinə "amunisiya və avadanlıq" göndərən xeyriyyə fonduna veriləcək. Bu, "vətənpərvərlərin qəzəbinə" hesablanan açıq-aşkar feykdir və bu gün Rusiya KİV-lərində geniş tirajlanmaqdadır.
 
"Puqaçova öz qəsrinə ekskursiyalara 10 min rubla icazə verib, - məlumatda deyilir. - Bütün pullar Yelena Zelenskayanın Ukrayna Silahlı Qüvvələrinə amunisiya və avadanlıq alınması ilə məşğul olan fonduna köçürüləcək".
 
Biletdə göstərilir ki, qəsri ziyarət etmək istəyənlərə "Alla Puqaçovanın buduarları (otaqları), Maksim Qalkinin otaqları, qarderoblar və ayaq yolları" göstəriləcək. Bu zaman ziyarətçilərə foto və videoçəkiliş aparmaq qadağan edilir.
 
Rusiyanın bəzi KİV-ləri bu "xəbəri" verərkən, qeyd edir ki, "bu məlumat rəsmən təsdiq edilməyib".
 
Rusiyanın "paparatsi" resurslarını ayrıca xatırlatmaq gərəkdir, onlar məlumat verib ki, "Puqaçova öz unitazı və şifonyerinin pullu nümayişi ilə nasistlərə sponsorluq etmək qərarına gəlib".
 
"Alla Puqaçovanın onu yetişdirən ölkəyə olan nifrəti bütün sərhədləri aşıb, - nəşr yazır. - Bəli, o, İsrailə köçüb, orada Ukrayna nasizmini təbliğ edir, bu zaman Fələstinin yoxsul uşaqları barədə susur. Lakin müğənni daha da irəlyə gedərək, özünün və ərinin icazəsi ilə Qryaz kəndindəki qəsrinə ekskursiyalar təşkil edilərək, orada Alla və Maksimin qarderobları, həmçinin unitazları və klozetləri, yəni ayaq yolları göstəriləcək".
 
"Estrada müğənnisi Alla Puqaçovanın nümayəndəsi Yelena Çuprakova Primadonnanın qəsrində, guya, ekskursiyaların keçirilməsi və toplanan vəsaitin Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayanın xeyriyyə fonduna köçürüləçəyi barədə məlumatı şərh etməkdən imtina edib, - "RİA Novosti" agentliyi məlumat verib və dəqiqləşdirib ki, Çuprakova məlumatı nə təsqdiq, nə də təkzib edib.