Bu gün:


Azərbaycanda ər arvadını bıçaqladı

Tarix: 17.12.2022 / 17:57  •   Oxundu: 86 dəfə  •  

Kürdəmirdə kişi həyat yoldaşını bıçaqlayıb.
DİN-in mətbuat xidmətindən bildirilib ki, rayon sakini 1968-ci il təvəllüdlü Əflatun Kərimov münaqişə zəminində 1977-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Qadın xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları tərəfindən Ə.Kərimov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.