Bu gün:


Trampın qızı ailəsi ilə fotosunu paylaşıb iddialara son qoydu

Tarix: 27.12.2022 / 19:57  •   Oxundu: 82 dəfə  •  

ABŞ-ın keçmiş prezidenti Donald Trampın qızı İvanka Tramp ailəsi ilə yeni fotosunu paylaşıb.
O, şəxsi bloqunda həyat yoldaşı və övladları ilə olan şəklini izləyiciləri ilə bölüşüb. Görüntüdə 41 yaşlı İvanka əri Cared Kuşner və uşaqları ilə birlikdə yəhudi bayramı olan Xanukini qeyd etdiyi əks olunub.
"Xanukinin son axşamını qeyd edən hər kəsə sakit və isti gecə arzu edirəm!" - deyə İ.Tramp paylaşımda bildirib.
Qeyd edək ki, İvanka Tramp ailə fotosunu həyat yoldaşı ilə ayrılıq xəbərləri fonunda paylaşıb. Belə ki, son vaxtlar cütlüyün bir-birinə qarşı soyuq münasibəti mətbuatdan yayınmayıb. Onların problem yaşaması barədə iddialar İvanka ilə həyat yoldaşının Mayamidə yaxtada təşkil olunan şənlik zamanı bir-birinə soyuq münasibət göstərməsi zamanı ortaya çıxıb. Bundan bir həftə sonra isə İvanka Parisə əri olmadan məzuniyyətə yollanmışdı.