Bu gün:


Qarabağda vəkil büroları yaradılacaq

Tarix: 28.12.2022 / 10:43  •   Oxundu: 52 dəfə  •  

Azad olunmuş ərazilərdə vəkil bürolarının yaradılması nəzərdə tutulur.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.
O qeyd edib ki, bununla bağlı kollegiyada lazımi tədbirlər görülür:
"Biz istəyirik ki, həmin ərazilərimizdə də bürolar yaradaq və vətəndaşlarımıza keyfiyyətli hüquqi yardımlar göstərək. Yaxın vaxtlarda bu planı realizə edəcəyik".