Pakistan Ərdoğanın Nobelə namizədliyini irəli sürdü
Tarix: 04.01.2023 / 21:09 •
Oxundu: 77 dəfə •
Pakistan Senatı və xalqı adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb.
İDEAL Media.az xəbər verir ki, bu barədə Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani məlumat verib.
Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün göstərdiyi səylərə görə Nobel Sülh mükafatı namizədliyinə layiq görülüb.
"Prezident Ərdoğan böyük səyləri ilə hər iki tərəfə zamanında və təsirli müdaxilələrlə təkbaşına qlobal bir fəlakətin qarşısını alıb. “Taxıl dəhlizi” anlaşması ilə bölgəni amansız bir aclıq təhlükəsindən qurtarıb. Ona görə də Türkiyə Prezidenti bölgənin və dünyanın yaxşılığı və rifahı üçün çalışan xalq lideridir”, - Sancrani bildirib.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop da ötən il dekabrın 28-də Rəcəb Tayyib Ərdoğanı Nobel Sülh mükafatına namizəd göstərdiyini açıqlamışdı.