Türkiyə bu qərarı gözləyir: Sabah Ərdoğanın sədrliyi ilə...
Tarix: 08.01.2023 / 21:53 •
Oxundu: 73 dəfə •
Sabah Beştəpədə Türkiyə Nazirlər Kabinetinin bu il üçün ilk iclası keçiriləcək.
İDEAL Media.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyilə keçiriləcək iclasda inflyasiya ilə mübarizədə yeni ildə atılacaq addımlar da müzakirə olunacaq.
Təqaüd yaşının tənzimləməsini ehtiva edən qanun layihəsinin həftənin əvvəlində Türkiyə Böyük Millət Məclisinin sədrinə təqdim edilməsi də gündəmdədir. Tənzimləmə ilə 2 milyon 250 min insan üçün pensiya yolu açılacaq.
Nazirlər Kabinetinin iclasında inflyasiyanın azalmasının davam etməsi üçün yol xəritəsi müəyyən ediləcək. Bundan əlavə, terrorla mübarizə, enerji təhlükəsizliyi və xarici siyasətdə baş verən proseslər də müzakirə olunacaq.
Qeyd edək ki, Türkiyədə minimum əmək haqqı 5,5 min lirədən 8,5 lirəyə qaldırıldıqdan sonra bütün sahələrdə bahalaşma başlayıb.