Bu gün:


Yaponiya yazda turistlərə qapılarını açmağı planlaşdırır

Tarix: 08.12.2020 / 10:43  •   Oxundu: 54 dəfə  •  

Yaponiya hakimiyyəti yaz aylarında xarici turistlərin ölkəyə kiçik qruplarla daxil olma imkanlarını nəzərdən keçirir.
Səyahət edənlər gəlməzdən əvvəl mənfi nəticəli PCR testi və ətraflı səyahət planı təqdim etməlidirlər.
Karantində qalmağa ehtiyac yoxdur, ancaq ictimai nəqliyyatdan istifadəyə icazə verilmir. Yalnız icarəyə götürülmüş avtobuslarda getməyə icazə var. Digər turizm qrupları ilə gəzmək qadağandır. Girişə icazə verilən ölkələrin siyahısı COVID-19-un mövcud vəziyyətinə əsasən müəyyənləşdiriləcək.