Bu gün:


Şabranda qatarla traktor toqquşdu: Ölən var

Tarix: 25.03.2023 / 10:47  •   Oxundu: 225 dəfə  •  

Bu barədə İdealMedia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu gün saat 9:30 radələrində Şabran rayonu Uzunboyad kəndi ərazisində qatarla traktorun toqquşması ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, ilkin məlumata görə toqquşma nəticəsində traktor 1978-ci il təvəllüdlü Nemət İsgəndərovun üzərinə aşıb. O, hadisə yerində ölüb.