Bu gün:


Türkiyədə Azərbaycan prospekti açıldı

Tarix: 08.12.2020 / 21:40  •   Oxundu: 73 dəfə  •  

Bu gün Türkiyədə Azərbaycan prospektinin açılışı olub.
Asmedia.az xəbər verir ki, bu barədə açılış mərasimində iştirak edən Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli deyib.
O bildirib ki, prospekt Türkiyənin Van vilayətində yerləşir. Azərbaycan prospekti ilə yanaşı vilayət ərazisində Qarabağ məhəlləsi adlandırılan küçənin də açılışı olub:
"Mərasimdə Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib. Tədbirdə Van bölgəsinin rəhbər işçiləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər".