Bu gün:


Naxçıvanda maşın ana və oğlunu vurub, ölən var

Tarix: 01.04.2023 / 11:34  •   Oxundu: 86 dəfə  •  

Naxçıvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün səhər saatlarında Şahbuz rayon Kiçikoba kəndində qeydə alınıb.
Belə ki, Şahbuz rayon Külüs kənd sakini Sadiq Şıxəliyevin idarə etdiyi avtomobil işə gedən 1975-ci il təvəllüdlü ana Nəcəfova Mərcan Bağır qızı və oğlu 2003-cü il təvəllüdlü Nəcəfov Anar Qəmbər oğlunu vurub. Qəza nəticəsində M.Nəcəfova ölüb.
A.Nəcəfov isə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanomasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.