Bu gün:


Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Tarix: 12.04.2023 / 10:29  •   Oxundu: 88 dəfə  •  

Bakının Nizami rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
IDEAL bildirir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər 1990-cı il təvəllüdlü Cəfərov Teyran Qabil oğlu və 1999-cu il təvəllüdlü Hüseynov Məsud Əzizağa oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər.
Hadisənin təfərrüatı araşdırılır.