Bu gün:


Ramazan bayramı ilə bağlı 4 gün ardıcıl qeyri-iş günü olacaq

Tarix: 18.04.2023 / 11:51  •   Oxundu: 118 dəfə  •  

Bu həftənin sonunda Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.
İDEAL bildirir ki, Baş nazir Əli Əsədovun 9 dekabr 2022-ci il tarixli qərarı ilə bu il Ramazan bayramı 21, 22 apreldə qeyd olunacaq.
22 aprel şənbə gününə təsadüf etdiyindən iş günlərinin yeri dəyişdirilib və beşgünlük iş həftəsində 24 aprel də qeyri-iş günüdür.
Beləliklə, bayrama görə ardıcıl olaraq 4 gün (21, 22, 23, 24 aprel) qeyri-iş günüdür.