Bu gün:


Jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlər 600 manatadək cərimələnəcək - QANUN TƏSDİQLƏNİB

Tarix: 25.04.2023 / 13:54  •   Oxundu: 65 dəfə  •  

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib
İDEAL xəbər verir ki, sənədə əsasən ölkədə jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlər 600 manatadək cərimələnəcək.
Belə ki, yeni sənədlə jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə 300 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur.