Bu gün:


BAKIDA İKİ POLİS BIÇAQLANDI

Tarix: 07.05.2023 / 16:52  •   Oxundu: 63 dəfə  •  

Bakının Xəzər rayonunda ruhi əsəb xəstəsi 2 polisə xəsarət yetirib.
İDEAL xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində baş verib.
Belə ki, ruhi əsəb xəstəsi olan şəxs evinə gələn Xəzər Rayon Polis İdarəsinin Çevik Polis Alayının əməkdaşları - 1991-ci il təvəllüdlü Rəcəbov Yavər Mərdan oğlu və 1985-ci il təvəllüdlü Yolçuyev Xəzər Şakir oğluna bıçaq xəsarətləri yetirib. Bundan başqa ruhi əsəb xəstəsi qohumu, 1966-ci il təvəllüdlü Ağayev Vidadi Hüseynağa oğluna da bıçaq xəsarəti yetirib. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.