Bu gün:


Yaralı hərbçimizin bacısı danışdı: "Əslində evinə gəlməli idi..."

Tarix: 12.05.2023 / 12:04  •   Oxundu: 103 dəfə  •  

Ermənistanın son hərbi təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Müslüm Vidadi oğlu Mahmudlu başından ağır yaralanıb.
Yaralı hərbçinin bacısı Türkan Piradova İDEAL -a bildirib ki, hadisəni eşidən hər kəs onlara təsəlli verməyə gəlir.
"Xəbər gəldi ki, qardaşım ağır yaralıdır. Şükürlər olsun ki, həkimlərin səyi nəticəsində vəziyyəti stabildir. Qardaşım yanvar ayında təxliyyə olunub, əslində evinə gəlməli idi. Vətənpərvərliyi o qədər güclüdür ki, evə gəlmək istəmədi", - deyə hərbçinin bacısı əlavə edib.