Azərbaycanda kütləvi dava olub, hamilə qadın xəsarət aldı
Tarix: 15.05.2023 / 16:19 •
Oxundu: 73 dəfə •
Biləsuvar rayonunda kütləvi dava zamanı biri hamilə qadın olmaqla dörd nəfər xəsarət alıb.
İDEAL xəbər verir ki, dava zamanı rayon sakinləri 1990-ci il təvəllüdlü M.Şükürov, 1997-ci il təvəllüdlü E.Şükürov, 1978-ci il təvəllüdlü S.Mirzəyev və 2001-ci il təvəllüdlü Z.Mirzəyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisənin təfərrüatları hələlik məlum deyil.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.
