Bu gün:


Ordumuzun əsgəri faciəli şəkildə həlak oldu

Tarix: 24.05.2023 / 11:15  •   Oxundu: 71 dəfə  •  

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlunun xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində (ildırım vurması) vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.
Bu barədə İDEAL-a  Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!
***
Azərbaycan Ordusunun əsgəri faciəli şəkildə ölüb.
İDEAL xəbər verir ki, yaxınlarının lent.az-a verdikləri məlumata görə, hadisə Daşkəsəndə qeydə alınıb.
20 yaşlı hərbi qulluqçu Davud Fuad oğlu Məmmədli xidmətdə olarkən ildırım vurması nəticəsində dünyasını dəyişib.

İDEAL