Bu gün:


Gürcüstan ordusunun azərbaycanlı hərbçisi ölü tapıldı

Tarix: 09.06.2023 / 13:15  •   Oxundu: 139 dəfə  •  

Gürcüstan ordusunun 2005-ci il təvəllüdlü azərbaycanlı hərbçisi Yusif Nəsibov odlu silahdan açılmış atəş nəticəsində həlak olub.
İDEAL xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə iyunun 8-də baş verib.
İlkin məlumata görə, Y. Nəsibov çənə nahiyəsinə açılan atəş nəticəsində hadisə yerində ölüb.
Atəş səsi səbəbindən nəzarət-buraxılış məntəqəsinə baxış keçirilib və İ. Nəsibov ölü tapılıb.
İstintaq Müdafiə Nazirliyi Hərbi Polis İdarəsi tərəfindən davam etdirilir.