Bu gün:


21 yaşlı gənci bıçaqlayan YAXALANDI

Tarix: 16.06.2023 / 10:17  •   Oxundu: 97 dəfə  •  

Balakən rayon sakini, 2002-ci il təvəllüdlü Seyidov Gəncəliyevin bıçaq xəsarətləri alması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan İDEAL-a bildirilib ki, ilkin araşdırma zamanı S.Gəncəliyevə bıçaqla xəsarət yetirən şəxsin Pərviz Abdullayev olduğu müəyyən edilib.
Keçirilən tədbir zamanı o, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.