Bu gün:


Müdafiə Nazirliyi: Bu məlumatı qəti surətdə təkzib edirik

Tarix: 20.06.2023 / 11:34  •   Oxundu: 158 dəfə  •  

İyunun 20-si saat 00:20-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə yayılan məlumat bu ölkənin müdafiə nazirliyinin növbəti yalanıdır, həqiqətəuyğun deyil.
Bu barədə İDEAL-a  Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, - məlumatda qeyd edilib.