Bu ərazimizə 5 sm qar yağdı
Tarix: 13.12.2023 / 12:35 •
Oxundu: 117 dəfə •
Dekabrın 13-ü saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, dağlıq ərazilərdə qar yağıb.
İDEAL xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Düşən yağıntının miqdarı Neftçalada 21 mm (aylıq normanın 72%-i), Qobustanda 13 mm, Sabirabad, Cəfərxanda 8 mm, Ordubad, Biləsuvar, Lənkəran, Culfa, Sədərək, Şamaxı, Astara, Yardımlı, Balakən, Oğuz, Qəbələ, Şahbuz, Şərur, Gədəbəy, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Zaqatala, Şəki, Quba, Altıağac, Qusar, Şabran, Şahdağ, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Göytəpə, Kəlvəzdə 7 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakıda 10 mm (aylıq normanın 34%-i), Sumqayıtda 5 mm (aylıq normanın 20%-i), Maştağada 3 mm, Binədə 2 mm-dək olub.
Şahdağa isə 5 sm qar yağıb.
Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Balakən, Oğuz, Şəki, Zaqatala, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Göyçay, Lerik, Sumqayıt, Pirallahı, Çilov adasında duman müşahidə olunub, görünüş məsafəsi 100-500 metrədək məhdudlaşıb.
Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 2-6 dərəcə isti, Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olub.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin dekabrın 14-ü axşamadək davam edəcəyi gözlənilir.