Bu gün:


Türkiyə ilə razılaşdıq: hərəkətə keçirik - Novak

Tarix: 27.12.2023 / 16:05  •   Oxundu: 75 dəfə  •  

“Qazprom” və Ankara Türkiyə qaz qovşağı üçün yol xəritəsi hazırlamaq barədə razılığa gəliblər. Layihənin icrası 2024-cü ildə başlaya bilər.
İDEAL xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.
“Bu gün yaxın gələcəkdə qəbul ediləcək müvafiq yol xəritəsi hazırlamaq üçün tərəfdaşlarımızla razılaşdıq. Biz bu layihənin icrasına başlanılmasını təmin etmək üçün hərəkətə keçəcəyik. Türkiyəli tərəfdaşlar bizim təcrübəmizlə tanış olmaq üçün tezliklə Sankt-Peterburqa səfər edəcəklər və əminəm ki, Türkiyədə belə bir elektron platformanın və mərkəzin formalaşmasını təmin etmək faydalı olacaq. Ümid edək ki, gələn il bu layihənin icrasının başlanğıc ili olacaq”, - o bildirib.