Hindistanın Ermənistana silah satışı… - XİN rəhbəri
Tarix: 28.12.2023 / 16:28 •
Oxundu: 85 dəfə •
Hindistanla Ermənistan arasında silah satışı istiqamətində müqavilə məsələsindən biz xəbərdarıq, bunlar çox diqqətlə izlənilir. Bizim Hindistandan olan tərəf müqabilləri ilə münasibətimiz var.
İDEAL xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nazirliyin ilin yekunlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, Hindistan silah satışını Azərbaycan, Türkiyə ilə bağlı mövqeyi ilə heç vaxt uzlaşdırmayıb:
“Onlar qeyd ediblər ki, bu addımları kommersiya məqsədi daşıyır və Azərbaycana qarşı yönəlmiş addım deyil. Rəsmi mövqe budur. Bizim çatdırmaq istədiyimiz mesajlar da sadə və məntiqlidir. Siz məsuliyyətli dövlət, beynəlxalq aktor olaraq silah satışına sırf kommersiya məqsədi kimi baxa bilməzsiniz. Çünki bölgədə işğal faktoru olub və hazırda sülhün əldə edilməsi üün kövrək məqam yaranıb. Bunun fonunda belə bir adıdmın atılması Ermənistanda yeni reallıqları qəbul etməyən revanşistləri daha da ruhlandırır”.