Bu gün:


1800-cü illərə aid sirli gəmi Kanada sahillərinə çıxdı - FOTO

Tarix: 03.02.2024 / 12:35  •   Oxundu: 128 dəfə  •  

Gəminin 19-cu əsrdə inşa edildiyi qeyd olunub.
Həmçinin vurğulanıb ki, gəminin adaya çıxan hissəsinin ölçüsü 24 metrdir.  Bu onun ortaölçülü şxundan (iki və daha artıq dor ağacı olan yelkənli gəmi) daha böyük olduğunu göstərir.
Mütəxəssis hesab edir ki, yelkənli qayığı 2022-ci ilin sentyabrında regiondan keçən və Nyufaundlendin sahil xəttini dəyişdirən “Fiona” qasırğası dənizin dibindən qaldırıb.
O qeyd edib ki, adanın yaxınlığındakı dəniz dibi minlərlə batmış gəmi ilə doludur.