“X” xəstəliyi qapıda: Təhlükəni azaltmağın ən sadə YOLLARI
Tarix: 08.02.2024 / 11:27 •
Oxundu: 74 dəfə •
Koronavirus pandemiyası demək olar ki, başa çatsa da, hələ də müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda yoluxmalar var.
İDEAL məlumat verir ki, həmçinin digər xəstəliklər də yayılır. Eyni zamanda, həkimlər məchul “X” xəstəliyi barədə də xəbərdarlıq edir və onun yayılacağı təqdirdə yeni pendemiyanın anonsunu verirlər.
Rusiyalı tanınmış həkim-endokrinoloq Zöhrə Pavlova epidemiya zamanı xəstəlik ehtimalını azaltmağın sadə yollarından danışıb.
Həkim ilk növbədə insanları maska taxmaqdan çəkindirib. O, öz “Telegram” kanalında yalnız artıq xəstə olanların bu qoruyucu vasitələrdən istifadə etməli olduğunu vurğulayıb. Pavlova həmçinin xəstə insanlarla əlaqəni məhdudlaşdırmağa çağırıb.
“Birlikdə yaşayırsınızsa, bir metrdən də yaxınlaşmamağa çalışın”, - deyə mütəxəssis yazıb.
O, əllərin yuyulmasının, yaxşı yuxunun, müxtəlif qidalanmanın və fiziki aktivliyin vacibliyini qeyd edib. Pavlova epidemiya zamanı spirt istehlakını məhdudlaşdırmağı tövsiyə edib, çünki spirt immuniteti azaldır. Bundan əlavə, o, mütəmadi olaraq nəm təmizləmə və binaların havalandırılmasını tövsiyə edir.
Endokrinoloq əlavə edib ki, immuniteti dəstəkləmək üçün müxtəlif əlavələr, o cümlədən Omeqa-3, multivitaminlər, Çin limonu və jenşen qəbul edə bilərsiniz.