Bu gün:


Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Tarix: 04.03.2024 / 09:38  •   Oxundu: 83 dəfə  •  

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "İDEAL"-a bildirilib ki, keçirilən əməliyyatlar zamanı rayon sakinləri - Elşən Hüseynov və əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Səbuhi Cəfərov saxlanılıblar.


E.Hüseynovun üzərindən marixuana, S.Cəfərovdan isə heroin aşkar edilərək götürülüb.


Araşdırmalar davam etdirilir.