Bu gün:


Parisdə Qarabağın milli geyimləri nümayiş olunub

Tarix: 08.03.2024 / 07:15  •   Oxundu: 114 dəfə  •  

Fransanın paytaxtı Parisdə Azərbaycan Respublikası Səfirliyi nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzində Qarabağ milli geyimlərinin nümayişi keçirilib.


İDEAL bildirir ki, 8 Mart Beynəlxalq Qadınlar günü mübasibətilə ölkəmizin Parisdəki Səfirliyi və Fransada Azərbaycanın Dostları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən "Qarabağ cəsarət və gözəllik əfsanəsi" moda nümayişində respublikamızın Fransadakı səfiri Leyla Abdullayeva, yerli iş adamları, moda həvəskarları, incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.