Bu gün:


Nazpəri : "Əmim oğlu Vətən müharibəsində şəhid oldu"

Tarix: 14.12.2020 / 20:17  •   Oxundu: 88 dəfə  •  

"İçimizdə, çiynimizdə illərdir böyük dərd, ürəyimizdə yara daşımışıq . Yaxınlarımızı, doğmalarımızı itirdik. Mənim doğma əmim oğlu şəhid oldu".
Müğənni bildirib ki, onun da yaxınları arasında Vətən müharibəsində şəhid olanlar olub:
"İndi şəhidlər cənnətdədir. Onların valideynlərinin qarşısında baş əyirəm ki, sinəsini güllə qarşısına verən oğul yetişdiriblər. Çox sözlər eşitdim. Xoşbəxtəm ki, yurdumun belə oğulları var. Onlar əsl Azərbaycan kişisi necə olur sübut etdilər".