Bu gün:


Bakıda oteldə yanğın baş verib

Tarix: 25.03.2024 / 15:28  •   Oxundu: 79 dəfə  •  

Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində oteldə yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən İDEAL-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində qısa müddətdə yanğın məhdudlaşdırılaraq söndürülüb.