Bu gün:


Kənd yolu dağılıb, sakinlər şikayətçidir

Tarix: 27.03.2024 / 13:58  •   Oxundu: 157 dəfə  •  

Balakən rayonunun Qazbinə kəndinin yolu uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb və sakinlər üçün ciddi problemə çevrilib.

Bu barədə İDEAL-a yerli sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistralından Qazbinə kəndinə qədər olan 3 kilometrlik yol tamamilə dağılıb.

"Kənddə 1500 nəfərə yaxın sakin yaşayır. Sakinlər bu vaxta qədər bir dəfə də olsun yola asfalt örtüyünün çəkilmədiyini bildiriblər. Daşlı-kəsəkli olan yolda yaranan çalalar avtomobillərin hərəkətinə maneə yaradır. Yağış yağdıqda piyadalar palçıqlı yolda çətinliklə hərəkət edirlər. Qış aylarında isə kəndə gəliş-gediş mümkünsüz olur", - deyə sakinlər qeyd ediblər.