Bu gün:


Rusiya Qarabağ ermənilərinə 54 vaqon humanitar yardım göndərdi

Tarix: 16.12.2020 / 17:52  •   Oxundu: 223 dəfə  •  

Rusiya Qarabağda yaşayan ermənilərə 54 vaqon humanitar yardım göndərib. 
Erməni mətbuatının yazdığına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi açıqlama verib.
Açıqlamada Rusiyanın 8 şəhərindən ümumilikdə 1 200 ton humanitar yardımın toplandığı qeyd olunub.
Həmçinin nazirlik 30 hektardan çox ərazini əhatə edən Xankəndi və ətraf yerlərdə 2 mindən çox partlayıcı maddənin aşkarlandığını da bildirib. 
Məlumata görə, Rusiyanın Qarabağdakı ermənilərə göndərdiyi inşaat materialları hesabına 30 bina və sosial obyektlər bərpa olunub.