Bu gün:


Başbuğ: Türkiyə bunu etsə, NATO çökər

Tarix: 17.12.2020 / 09:26  •   Oxundu: 149 dəfə  •  

Türkiyə NATO-nu tərk etsə, alyans çökəcək.
Bu sözləri türkiyəli hərbi ekspert Coşqun Başbuğ deyib.
"İddia edirəm, Türkiyə bu gün NATO-dan çıxarsa, alyans çökər. Türkiyə NATO-da ABŞ-dan sonra ən böyük hərbi güc və təsiri olan ölkədir. Türkiyə ABŞ kimi yalnız kağız üzərində deyil, meydanda da effekt yaradır. NATO-nun tarixinə baxsaq, görərik ki, Türkiyə alyansı ayaqda tutan onurğa sütunudur", - hərbi ekspert söyləyib.
C.Başbuğ qeyd edib ki, İncirlik hərbi bazası bağlanarsa, ABŞ çox şey itirər.