Bu gün:


"Ermənilər bu qədər acgöz olmasaydılar, yalançı vəsvəsələrə aldanmasaydılar

Tarix: 18.12.2020 / 16:18  •   Oxundu: 29 dəfə  •  

“Ermənilərin ağlı olsaydı, bu 30 ildə torpaqlarımıza mina yox, bizimlə birlikdə bu yerə buğda səpərdilər.” 
Xəbər verdiyimiz kimi Şuşada erməni ailələrinin birinin evindən Xalq artisti Brilliant Dadaşovanın şəkili tapılıb.
Xalq artisti məsələyə münasibətini bildirib. O, deyib ki, ermənilər acgöz olmasaydılar, bu gün də bizimlə digər qonşularımız kimi mehriban yaşayacaqdılar:
“Məncə, bunun sirri çox uzaq dövrlərə gedib çıxır. Bəli, köklərimiz böyük türk xalqlarından qaynaqlanır. Amma o vaxtkı siyasətçilərin həm Osmanlıdakı, həm də fars və rus imperatorluğundakı fərqli maraqlarına baxmayaraq, bütün xalqlarla birlikdə bir yerdə necə yaşayıb işləməyi bilirdik. Mədəniyyətə gəlincə, musiqi "bölün və fəth edin" şüarına tabe deyil. Bəzi erməni siyasətçiləri bu qədər acgöz olmasaydılar, dünyanın qüdrətli adamlarının yalançı vədlərinin vəsvəsələrinə aldanmasaydılar, xalqlarımız bu gün qonşularımızın bəzi nümayəndələri kimi evlərini yandırıb məhv etməyərək, orda yaşamağa davam edəcəkdilər. Onlar bu müqəddəs zəngin torpaqlardan bəhrələnəcəkdilər. Qonşularımız bu 30 il ərzində torpaqlarımıza mina basdırmaq yox, bizimlə birlikdə bu yerə buğda-taxıl səpərdilər.  Birlikdə yaşayardıq ki, Ana torpaq çiçəklənsin və musiqi qəlblərimizi isitməyə davam etsin”.